AXCP Müsavat Partiyasının müttəfiqlik təklifini qəbul etmədi

22:33 | 06.01.2014
AXCP Müsavat Partiyasının müttəfiqlik təklifini qəbul etmədi

AXCP Müsavat Partiyasının müttəfiqlik təklifini qəbul etmədi

Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin növbəti toplantısı keçirilib.

Bu barədə APA-ya məlumat verən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı billdirib ki, iclasda Müsavat Partiyasının əməkdaşlıq sazişi haqqında təklifi də müzakirə olunub və qəbul edilməyib: “Hesab edirik ki, müttəfiqlik və əməkdaşlıq Milli Şura çərçivəsində davam etməlidir. Hazırda Milli şuradan kənarda hər hansı əməkdaşlığa ehtiyac duymuruq”.

 

Xatırladaq ki, Müsavat Partiyası Milli Şurada təmsil olunan partiya və hərəkatlara əməkdaşlıq müqaviləsi təklif edib.

APA

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb