AXCP-nin iki üzvü həbs edilib, daha ikisi isə saxlanılıb

16:17 | 28.02.2014
AXCP-nin iki üzvü həbs edilib, daha ikisi isə saxlanılıb

AXCP-nin iki üzvü həbs edilib, daha ikisi isə saxlanılıb

 Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) iki üzvü həbs edilib, daha iki üzvü isə saxlanılıb. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə partiyanın Cəlilabad rayon təşkilatının sədri Təzəxan Mirələmli barəsində 15 sutka, Xəzər Rayon Məhkəməsinin qərarı ilə AXCP Gənclər Təşkilatının sədri İlham Hüseyn 20 sutka müddətinə azadlıqdan məhrum ediliblər. Partiyadan həmçinin bildirilib ki, AXCP sədrinin mühafizəçisi Bəhruz Həsənli ötən gün Suraxanı Rayon Polis İdarəsinə aparılıb və hazırda orada saxlanılır. Təxminən bir saat əvvəl partiya üzvü Elnur Məcidli də polis tərəfindən saxlanılıb. Qeyd edək ki, ötən gün Daxili İşlər Nazirliyi AXCP sədrinin mühafizəçisi Bəhruz Həsənlinin saxlanılmasına aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavabında bildirib ki, Bəhruz Həsənli yol polisi ilə mübahisə etdiyinə və polis  əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmadığına görə Suraxanı Rayon Polis İdarəsinə aparılıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb