AXCP-nin qərargahında partlayış olub - FOTOLAR

10:00 | 03.03.2014
AXCP-nin qərargahında partlayış olub - FOTOLAR

AXCP-nin qərargahında partlayış olub - FOTOLAR

Partiyanın mətbuat katibi partlayışın binanın zirzəmisindəki bərbərxanada baş verdiyini bildiribAzərbaycan Xalq Cəbhəsi Partiyasının mərkəzi qərargahının zirzəmisində partlayış baş verib.ANS PRESS-in məlumatına görə, bu haqda partiyanın mətbuat katibi Natiq Ədilov özünün Facebook səhifəsində məlumat paylaşıb.Onun sözlərinə görə, partlayış zirzəmidəki bərbərxanada olub. Nəticədə qərargahın konfrans zalına ciddi ziyan dəyib.ANS PRESS-in Fövqəladə hallar Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, gecə Bakı şəhəri, Nərimanov rayonunda ikimərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 20 kv.m olan bərbərxanada yanğınla nəticələnən partlayış baş verib.Nəticədə bərbərxananın yanar konstruksiyaları yanıb, arakəsmə divar 30 kv.m sahədə uçub. Bina yanğından mühafizə olunub. Yanğın saat 04:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb