• $ 1.7
  • € 1.9792
  • ₽ 0.021079
  • ₺ 0.0402
  • £ 2.2346

AXCP sədrinin müavini sərbəst buraxılıb - DİN/YENİLƏNİB

AXCP sədrinin müavini sərbəst buraxılıb - DİN/YENİLƏNİB
07.06.2024 14:28
Şirvan saxlanılan AXCP İdarə Heyətinin üzvü, partiya sədrinin müavini Ayaz Məhərrəmov sərbəst buraxılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. 
 
Onun barəsində qanunvericiləyə uyğun tədbir görülərək sərbəst buraxılıb.
 
 
***
AXCP İdarə Heyətinin üzvü, partiya sədrinin müavini Ayaz Məhərrəmovun Şirvanda saxlanılıb. Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, iyunun 6-da saat 23 radələrində DİN-in "102 Zəng Mərkəzi”nə Şirvanda evlərin birinə oğurluq məqsədilə naməlum şəxsin daxil olması və bunun yaşayış sahəsində mövcud olan kameraya düşməsi ilə bağlı müraciəti daxil olub.

"Polis əməkdaşları tərəfindən çağırış üzrə həmin ünvanda olan şəxs saxlanılaraq Şirvan Şəhər Polis Şöbəsinə gətirilib. Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunan, 1982-ci il təvəllüdlü Məhərrəmov Ayaz Həbib oğlu olması müəyyən edilib. Fakt üzrə araşdırma aparılır", - məlumatda qeyd olunub.
 
AXCP idarə heyətinin üzvü Fuad Qəhrəmanlı anews.az-a açıqlamasında bildirib ki, partiya rəhbərliyi Ayaz Məhərrəmovun həbsinin səbəbləri ilə bağlı  araşdırma aparır. 
 
"Ayaz Məhərrəmovun dünən Şirvanda oğurluq edərkən saxlanıldığı bildirilib.  O, ali təhsilli hüquqşünasdır. Onun belə bir əmələ görə, saxlanılması tamamilə absurddur. O taksi fəaliyyəti ilə məşğul olub. Ola bilsin ki, onu həmin evə taksi olaraq çağırıb və oğurluq adı ilə saxlayıblar"- o bildirib.
 
Aytac Zeynalova
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 15 yaşlı yeniyetmə qətlə yetirilib
Cəmiyyət 22:39
Bakıda 15 yaşlı yeniyetmə qətlə yetirilib
Bakıda "Euronews"un yerli ofisi açılıb
Cəmiyyət 20:29
Bakıda "Euronews"un yerli ofisi açılıb
Elektron Təhlükəsizlik Xidməti "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edib
Cəmiyyət 20:22
Elektron Təhlükəsizlik Xidməti "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edib
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 19:16
Bu ərazilərdə qaz olmayacaq
Qəbələdə yanğın olub - Video
Cəmiyyət 18:05
Qəbələdə yanğın olub - Video

Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi təsdiq edilib
Cəmiyyət 17:27
Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi təsdiq edilib
Qubada avtomobil hindistanlı turisti vuraraq öldürüb
Cəmiyyət 16:18
Qubada avtomobil hindistanlı turisti vuraraq öldürüb
Sosial şəbəkədə dələduzluq edərək yüzlərlə şəxsi aldadan 4 nəfər ifşa edilib
Cəmiyyət 16:04
Sosial şəbəkədə dələduzluq edərək yüzlərlə şəxsi aldadan 4 nəfər ifşa edilib
Son beş ildə 412 nəfər mina qurbanı olub
Cəmiyyət 15:29
Son beş ildə 412 nəfər mina qurbanı olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol