AXCP üzvü həbs olunub

12:15 | 01.02.2023
AXCP üzvü həbs olunub

AXCP üzvü həbs olunub

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sabunçu rayon şöbəsinin üzvü Elnur Həsənov həbs olunub. Bu barədə Partiyanın mətbuat xidmətindən məlumat verilib. 
 
Bildirilib ki, yanvarın 31-də saat 10 radələrində Azərişıq ASC-nin Baş Ofisində mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Həmin şəxslər Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları olduqlarını bildiriblər.
 
Məlumata görə, Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərov onun İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə 30 sutka həbs olunması haqda qərar çıxarıb.
 
AXCP-dən bildirilib ki, Elnur Həsənov haqqında həbs qərarından apelyasiya şikayəti veriləcək.
 
Elnur Həsənov iki gün əvvəl Azərişıq ASC-nin Sabunçu Rayon Şöbəsi işçiləri tərəfindən imtiyazlı ailələr kateqoriyasına aid 85 yaşlı nənəsinin işığının kəsilməsinə etiraz edib. Bu zaman hakimiyyətin ünvanına sərt sözlər deyərək, onların idarəçiliyini tənqid edib.

Elnur Həsənov yanvarın 30-da facebook hesabında bir gün əvvəlki çıxışından sonra üç nəfər tərəfindən izlənildiyini bildirib.

"Dünənki çıxış, deyəsən, kimlərisə çox narahat edib. Qapımızı 3 dənə enli kürək kəsdirib, məlumatlı olun”, - Elnur həsənov bildirib.
 
Elnur Həsənovun qardaşı Teymur Həsənov Qarabağ döyüşlərində şəhid olub. Nənəsi onun himayəsindədir. 85 yaşlı qadın imtiyazlı ailələr kateqoriyasına aiddir. 
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb