• $ 1.7
  • € 1.9792
  • ₽ 0.021079
  • ₺ 0.0402
  • £ 2.2346

AXCP üzvünün növbəti məhkəmə prosesi keçirilib

AXCP üzvünün növbəti məhkəmə prosesi keçirilib
18.05.2023 15:27
Azərbaycan Xalq Cəbhəsi Partiyasının Salyan rayon şöbəsinin sədri Zamin Salayevin növbəti məhkəmə prosesi keçirilib. Bu barədə onun vəkili  məlumat verib.

O bildirib ki, Salayev həbsinə etiraz olaraq keçirdiyi aclıq aksiyasının 100-cü günündə taqətsiz olaraq hakim qarşısına çıxarılıb.
 
Zamin Salayevin sözlərinə görə, proses başlayana qədər onu gözlətdikləri otaq soyuq və şəraitsiz olub. 

"Özüm yeriyə bilmirəm deyə, orada məni əlil arabasında gəzdirirlər. Bu mənə çox ağır gəlir. Nə qərar verirsiniz verin, rahat buraxın məni. Mənim barəmdə hökmü Allah verib”,- Salayev bildirib.

Vəkillərin Zamin Salayevin ev dustaqlığına buraxılması üçün məhkəməyə verdiyi vəsatəti prosesə sədrlik edən hakim Rufan Mürsəlov təmin etməyib.

Məhkəmə prosesi 18 may tarixində çıxışlarla davam edəcək.

Fevralın 8-də Qaradağ Rayon Məhkəməsi Zamin Salayev barədə üç ay müddətinə həbs-qətimkan tədbiri seçib.
 
Martın 30-da Qaradağ Rayon Məhkəməsi Zamin Salayevin ev dustaqlığına buraxılması üçün verilmiş vəsatəti təmin etməyib.
 
Ombudsman Aparatının əməkdaşları indiyədək iki dəfə təcridxanada Zamin Salayevlə görüşüb.

Ombudsman Aparatı görüşün nəticəsi olaraq Zamin Salayevə qarşı münasibətlə bağlı Penitensiar Xidmətə və prokurorluğa müraciət edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Facebook səhifəsində partiya fəalı Zamin Salayevi aclığı dayandrımağa çağırıb 
 
Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb. İttiham sübut olunarsa fəalı 5 ilədək həbs gözləyir.

Məhkəmə onun apellyasiya şikayətini təmin etməyib.

Daha əvvəl Zamin Salayev 2020-ci il aprelin 20-də CM-in 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə 2 il 3 ay azadlıqdan məhrum edilib. O, Salyan Rayon Polis İdarəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti əsasında cəzalandırılıb.

Salayev həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adıçəkilən polis əməkdaşıyla mübahisəsinin videosunu yaymışdı. Həmin videoda cəbhəçi fəal Əzizovu rayonda yaşayan qadına qarşı təcavüzə görə ittiham edib.

Video yayılandan sonra Salayev inzibati qaydada 30 günlük həbs olundu. O, həmin vaxt saxlanılarkən işgəncəyə məruz qaldığını, nəticədə səhhətində ciddi problemlər yarandığını bəyan edib.

Ardından polis əməkdaşı Salyan Rayon Məhkəməsində ona qarşı xüsusi ittiham qaydasında iddia qaldıraraq həbsini tələb edib.
 
Salayev hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

Aytac Zeynalova 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qəbələdə yanğın olub - Video
Cəmiyyət 18:05
Qəbələdə yanğın olub - Video

Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi təsdiq edilib
Cəmiyyət 17:27
Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi təsdiq edilib
Qubada avtomobil hindistanlı turisti vuraraq öldürüb
Cəmiyyət 16:18
Qubada avtomobil hindistanlı turisti vuraraq öldürüb
Sosial şəbəkədə dələduzluq edərək yüzlərlə şəxsi aldadan 4 nəfər ifşa edilib
Cəmiyyət 16:04
Sosial şəbəkədə dələduzluq edərək yüzlərlə şəxsi aldadan 4 nəfər ifşa edilib
Son beş ildə 412 nəfər mina qurbanı olub
Cəmiyyət 15:29
Son beş ildə 412 nəfər mina qurbanı olub
Bakıda WUF13-də Azərbaycan milli pavilyonu təqdim olunacaq
Cəmiyyət 14:59
Bakıda WUF13-də Azərbaycan milli pavilyonu təqdim olunacaq
Kürdəmirdə 8 400 abonent susuz qalıb
Cəmiyyət 14:49
Kürdəmirdə 8 400 abonent susuz qalıb
Qənimət Zahidov Baş Prokurorluğa çağırılıb
Cəmiyyət 14:15
Qənimət Zahidov Baş Prokurorluğa çağırılıb
Əhmədlidəki sürüşmə hadisəsindən sonra yamacda yeni çatlar aşkarlanıb
Cəmiyyət 13:40
Əhmədlidəki sürüşmə hadisəsindən sonra yamacda yeni çatlar aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol