Axpo TAP-da olan payını satıb

21:25 | 27.01.2023
Axpo TAP-da olan payını satıb

Axpo TAP-da olan payını satıb

İsveçrənin enerji konserni Axpo, Trans Adriatik Qaz Boru Kəmərinin operatoru olan Trans Adriatic Pipeline AG (TAP) şirkətinin səhmlərinin 5 faizini digər səhmdarlara satmağa razılıq verərək layihədən çıxıb. Bu barədə  Axpo şirkəti cümə günü yaydığı press relizdə  bildirib.
     
İspaniyanın Enagas şirkəti Axpo-nun 5%-lik payının 4%-ni alaraq payını 16%-dən 20%-ə qədər artırıb, Belçikanın Fluxys şirkəti isə qalan 1%-i alaraq payını 20%-ə çatdırıb.
     
2023-cü ilin ikinci yarısında bağlanması planlaşdırılan əməliyyatın ümumi məbləği 210 milyon avro təşkil edib.
     
TAP-ın qalan səhmdarları BP (20%), SOCAR (20%) və Snam (20%) şirkətləridir. 
 
TAP Cənub Qaz dəhlizinin bir hissəsidir və Azərbaycan qazının Avropaya nəqlini həyata keçirmək üçün tikilib. 
 
Azərbaycan qazının TAP qaz kəməri ilə Avropaya İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara ixracı 2020-ci il dekabrın 31-dən başlayıb. 2023-cü il yanvarın 1-dən isə  Rumıniyaya qaz ixrac edilir. 

TAP qaz kəməri Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan Cənub Qaz Dəhlizi (CQD) layihəsinin sonuncu komponenti olub. TAP "Şahdəniz” yatağından  "Mərhələ-2” çərçivəsində hasil edilən ildə 10 milyard kubmetr təbii qazın Avropaya nəqli üçün nəzərdə tutulub.

TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizindən, 8 km-i İtaliya ərazisindən keçir. Layihənin dəyəri - 4,5 milyard avro təşkil edib.

Layihənin səhmdarlarının səhmləri indiyədək belə olub: SOCAR (20%), BP (20%), Snam (20%), Fluxys (19%), Enagas (16%) və Axpo (5%).

 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb