• $ 1.7
  • € 1.7774
  • ₽ 1.8994
  • ₺ 0.047
  • £ 2.1344

Polis əməkdaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub - Yenilənib

Polis əməkdaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub - Yenilənib
07.07.2024 10:25
Bakıda polisə bıçaqla müqavimət göstərməkdə şübhəli bilinən şəxs tutulub.Bu barədə Suraxanı rayon prokurorluğundan bildirilib.

Məlumata görə,iyulun 7-də paytaxtın Suraxanı rayonu Binə qəsəbəsi ərazisində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1983-cü il təvəllüdlü Mehman  Məmmədov polis əməkdaşları tərəfindən saxlanılarkən bıçaqla müqavimət göstərib.

Mehman  Məmmədovun tutularaq istintaqa cəlb edilməsindən ötrü Qaradağ RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı sonuncunun polis əməkdaşı 1986-cı təvəllüdlü Fəxrəddin Nəsirova bıçaqla xəsarət yetirərək qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrilə cinayət işi başlanaraq, istintaq aparılır. Mehman  Məmmədov iş üzrə şübhəli şəxs qismində tutulub.

 09:14

İyulun 6-da saat 24 radələrində paytaxtın Suraxanı rayonunda əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 8 dəfə məhkum edilmiş, oğurluq əməllərinə görə axtarışda olan 1983-cü il təvəllüdlü Məmmədov Mehman Səlahəddin oğlu polis əməkdaşı tərəfindən saxlanılarkən üzərində olan kəsici alətlə müqavimət göstərib.Bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

Mehman Məmmədov xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşına kəsici alətlə xəsarət yetirib qaçmağa cəhd göstərib. Ağır xəsarət alan polis kapitanı Fəxrəddin Nəsirov yaralanmasına baxmayaraq, cəhdin qarşısını alıb və onu saxlayaraq digər polis əməkdaşlarına təhvil verib.

Xəsarət alan polis əməkdaşı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda beşmərtəbəli bina yanır
Cəmiyyət 14:23
Bakıda beşmərtəbəli bina yanır
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib
Cəmiyyət 12:50
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib
Объявлены нерабочие дни на праздники Новруз и Рамазан
Cəmiyyət 12:24
Объявлены нерабочие дни на праздники Новруз и Рамазан
Sabah hava yağmursuz olacaq
Cəmiyyət 12:23
Sabah hava yağmursuz olacaq
Mart ayında iş və istirahət günlərinin yerləri dəyişdirilib
Cəmiyyət 12:08
Mart ayında iş və istirahət günlərinin yerləri dəyişdirilib
DYP sürücülərə müraciət edib
Cəmiyyət 12:00
DYP sürücülərə müraciət edib
Azərbaycan ordusunda andiçmə mərasimlərinin vaxtı açıqlanıb
Cəmiyyət 11:38
Azərbaycan ordusunda andiçmə mərasimlərinin vaxtı açıqlanıb
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:42
Faktiki hava açıqlanıb
Seçkilərdə qalib gəldi, bir gün sonra öldü
Cəmiyyət 10:36
Seçkilərdə qalib gəldi, bir gün sonra öldü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol