Çay evində gənc bıçaqlandı

23:00 | 19.02.2020
Çay evində gənc bıçaqlandı

Çay evində gənc bıçaqlandı

Bakıda çay evində baş verən bıçaqlanma hadisəsi ilə bağlı cinayət işi başlanılıb.


"Report”un xəbərinə görə, hadisə fevralın 18-i saat 00:40 radələrində paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən "Çardaq" çay evində qeydə alınıb.


Belə ki, İsmayıllı rayon sakini, hazırda Abşeron rayonunun Mehdiabad qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, ev 9 ünvanında yaşayan 1996-cı il təvəllüdlü Mövlamov Rəşad Talıb oğlu çay evində tanımadığı şəxs tərəfindən sol döş qəfəsindən bıçaqlanıb.


Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib.


Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsilə cinayət işi başlanıb, hadisəni törədən şəxsin tapılması istiqamətində əməliyyat və istintaq tədbirləri davam etdirilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb