Ayan Əliyeva: “Məktəb Biləcərinin inkişafındakı töhfəmdir və təşəkkürümdür” – FOTO

12:01 | 16.02.2020
Ayan Əliyeva: “Məktəb Biləcərinin inkişafındakı töhfəmdir və təşəkkürümdür” – FOTO

Ayan Əliyeva: “Məktəb Biləcərinin inkişafındakı töhfəmdir və təşəkkürümdür” – FOTO

"Özünün ən yaxşı bildiklərini başqalarına öyrətməkdən daha dürüst və nəcib nə ola bilər?" - Roma natiqi Kvintilian söyləmişdir.

Məhz bu fikir ilə A-Level tədris mərkəzinin direktoru Ayan Əliyeva həyatını rəhbərlik edir. Artıq bir tələbə ikən, 17 yaşında İngilis dilini öyrətməyə başladı və həyatının məqsədi biliklərini mümkün qədər çox insanla bölüşmək olacağını başa düşdü.

Bu gün Ayan, çalışqanlığı və əzmkarlığı sayəsində dünya səviyyəsinə çatan A-Level Təhsil Şirkətlər Qrupunun yaradıcısıdır.

Lakin indi Biləcəri qəsəbəsində yerləşən A-Level tədris mərkəzinin filiallarından birinin yaranma hekayəsini sizlərlə bölüşmək istəyirik.

Belə ki, uzun müddət əvvəl, qəsəbə mərkəzində Ayan Əliyevanın atasına məxsus şadlıq evi var idi. 90-cı illərin çətin dövründə bina tamamilə yararsız hala gəlmiş və bərpası üçün o dövrdə ailənin sahib ola bilmədiyi böyük vəsaitə zərurət var idi.

İki mərtəbəli bina təxminən 10 ildən çox boş qaldı. Dövlət orqanları tərəfindən satınalma təklif olunurdu, lakin ailənin buna imkanı yox idi.

Atasının bütün həyatı təhlükə altında idi və Ayan, şübhəsiz ki, onu satınalmağının qarşısına məqsəd qoymuşdu. O vaxt xanımın 26 yaşı vardı və dövlət və beynəlxalq qrantlar sayəsində İngiltərə və ABŞ-da 4 təhsil aldı və hətta Bakıda bir neçə dil məktəbi açdı. Ancaq bu, iki mərtəbəli bir obyektin özəlləşdirilməsi üçün kifayət deyildi. Bildiyiniz kimi, məktəb daha çox mənəvi məmnuniyyət üçündür. Məktəbin yüksək gəlirliyi olmamışdır.

Çətinliklərə baxmayaraq, xanım inadla hədəfinə doğru irəlləyirdi və o anda nə istədiyini artıq bilirdi - doğma qəsəbədə Avropa standartlarına cavab verən əsl dil məktəbi açmaq!

Bütün əmanətləri toplayıb böyük bir kredit götürdükdən sonra, həmin ərəfədə ana olmağa hazırlaşan Ayan obyekti özəlləşdirdi. Çətinliklər bununla bitmədi, binanın məktəb halına gətirilməsi üçün əlavə vəsait tələb olunurdu və onu ikinci bir kreditlə ödədilər.

Ayanın qohumları və dostları onun qərarından gileyləndilər, çünki bina şadlıq sarayı kimi fəaliyyət göstərdiyi halda, qızın banka borclarını ödəməsinə kömək edəcək böyük qazanclar gətirərdi.

"Doğru olduqları bir şey var: məktəblər maddi cəhəddən, faktiki olaraq, heç bir gəlir gətirmir"deyə Ayan gülür.
"Ancaq hiss etdiyim məmnunluq, doğma qəsəbəmin sakinlərinə Avropa ölkələrində uşaqlarla eyni şəraitdə təhsil almağa imkan verdiyini bilməklə heç nə ilə müqayisə olunmur.”

Bu, ərazinin inkişafındakı töhfəmdir. Bu mənim ona olan "təşəkkürümdür" Ayan Əliyeva deyir.

Bu gün A-Level Təhsil Qrupunun Biləcəri filialı bütün Binəqədi rayonunda bu səviyyəli yeganə dil məktəbidir. Orada dərs deyən müəllimlər ən azı üç mərhələdə xaricdə ixtisasartırma və ya onlayn kurslarından keçirlər, kimsə Ayan tərəfindən şəxsən hazırlandırılır.

Məktəb məktəbəqədər və məktəbə hazırlıq, dil hazırlığı  və hər növ sınaq imtahanları keçirir.

Bu gün Ayan xanım iki ölkədə, ABŞ və Azərbaycanda yaşayır. Beşinci və altıncı təhsilini "University of Liberty” universitetində alır. Burada uşaqlar üçün inklüziv təhsil (xüsusi ehtiyacı olan uşaqlar üçün təhsil almaq imkanı, autizm, Asperger sindromu, Daun sindromu), eləcə də təhsil menecmenti ilə məşğul olur. Bundan əlavə, doktorluq dissertasiyasını müdafiə etmək və fəlsəfə üzrə doktorluq dərəcəsini almaq niyyətindədir.

Qeyd etmək lazımdır ki, onun İngiltərə və Amerikada aldığı tədris metodları və təhsil idarəçiliyi ilə bağlı bilikləri Azərbaycanda A-Level şirkətinin bütün filiallarında tətbiq olunur. Beləliklə, təlim beynəlxalq standartlara cavab verir.

Bundan əlavə, A-Level Education group inklüziv təhsil üzrə peşə təhsili verir. Təlimlər sertifikatlı mütəxəssislər-müəllimlər və həkimlər tərəfindən aparılır.
Hal-hazırda müəllimlər və psixoloqlar xüsusi qayğıya ehtiyacı olan uşaqların hamı ilə bərabər şəraitdə təhsil alması üçün inkluziv tədris metodologiyası çərçivəsində əlavə təlimlər keçirlər.

Ayan Əliyeva

Instagram: ayanalevel

A-Level tədris mərkəzinin filialları:

A-Level Biləcəri

FB: https://fb.com/alevelbileceri/

Instagram: alevelbileceri

 077 441 62 63
 012 406 38 34

 Yahya Hüseynov küç. 37 (Biləcəri meydanı)
 
 A-Level Nərimanov

FB: https://fb.com/alevelnarimanov

Instagram: alevel_narimanov

070 335 91 95

 Həsənoğlu küç. 4, (Heydər Əliyev mərkəzinin arxası)

 
 A-Level Nizami

FB: https://www.facebook.com/alevelnizami/

Instagram: a_level_nizami_filiali 

 070 360 47 03

 Globus Center, 5-ci mərtəbə (Nizami m/st)
 
 A-level 28 May

FB: https://fb.com/aleveledu/

Instagram: a_level_education

 070 235 91 95
 012 441 62 51
 Şamil Əzizbəyov küç. 156 (28 May m/st)
 
 A-Level Tbilisi

FB: https://fb.com/aleveltbilisi/

Instagram: alevel_tbilisi

 +995 577 48 11 72
 Kazbegi küç 32A (Delisi m/st)





 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb