Ayaqqabıdan 185 karatlıq brilyant çıxdı

15:26 | 11.11.2017
Ayaqqabıdan 185 karatlıq brilyant çıxdı

Ayaqqabıdan 185 karatlıq brilyant çıxdı

Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları külli miqdarda brilyant qaşların Azərbaycan gömrük sərhədindən gömrük nəzarətindən gizli və bəyan etmədən keçirilməsinə cəhdin qarşısını alıblar.

DGK-dan AzVision.az-a verilən məlumatda deyilir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə almaz məmulatının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi barədə daxil olan əməliyyat məlumatına əsasən, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı nəzarətə götürülüb. 

Vətəndaş gömrük nəzarətindən keçərkən saxlanılıb və üzərində gömrük nəzarətinə bəyan edilməli və ya gömrük nəzarətindən gizlədilən hər hansı əşyanın olub-olmadığı soruşulub. O, belə bir əşyanın olmadığını bildirib.

Daha sonra həmin vətəndaşın üzərində şəxsi yoxlama aparılıb. Şəxsi yoxlama zamanı, vətəndaşın ayaqqabısının sol tayının içərisində 11 ədəd bükümdə müxtəlif ölçülü ağ rəngli qaşlar aşkar edilib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən qaşlar ümumi çəkisi 185,12 karatlıq brilyantdır. Faktla bağlı araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti