Ayaz Mütəllibov Heydər Əliyevin məzarını ziyarət edib - VİDEO

23:00 | 12.12.2013
Ayaz Mütəllibov Heydər Əliyevin məzarını ziyarət edib - VİDEO

Ayaz Mütəllibov Heydər Əliyevin məzarını ziyarət edib - VİDEO

Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov mərhum dövlət başçısı Heydər Əliyevə ehtiram əlaməti olaraq bu gün Fəxri Xiyabana gəlib. Azxeber.com xəbər verir ki, Mütəllibov Heydər Əliyevin məzarını ehtiram əlaməti olaraq ziyarət edib, baş əyib.Xatırladaq ki, bundan öncə Ayaz Mütəllibov oktyabrın 9-da keçirilən prezident seçkisi zamanı ictimaiyyət arasına çıxmış və səsvermədə iştirak etmişdi. O, İlham Əliyevə səs verdi.Ayaz Mütəllibov 1992-ci ildə AXC hakimiyyətə gəldikdən sonra vəzifəsini yarımçıq qoymuşdu. O, “Eks-prezident haqqında” qanunun qəbulundan sonra 2012-ci ildə Azərbaycana qayıdıb.Sabiq prezident kimi hazırda dövlətdən 7500 manat müavinət alır. Həmçinin, dövlət hesabına sürücü və mühafizəçi ilə də təmin olunub.ANN.Az

 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb