"Milli Məclisin ləğv edilməsi qərarı gözlənilirdi, çünki potensialı və dünyagörüşü baxımından qanunverici hakimiyyət icra hakimiyyətinin apardığı islahat siyasətinin ümumi tendensiyasına cavab vermirdi”.
Bu sözləri virtualaz.org-a açıqlamasında Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının parlamentin ləğvi ilə bağlı təşəbbüsünü şərh edərkən söyləyib.
A.Mütəllibovun sözlərinə görə, parlamenti ləğv etmək zərurəti, bir qayda olaraq, qanunverici orqanın səlahiyyət müddəti başa çatmadan fəaliyyətinə xitam verilməsi qərarı ilə müşayiət olunan hallardan irəli gəlir. Bu, ölkədəki vəziyyətə və Azərbaycanın ətrafındakı dövlətlərlə münasibətlərə aiddir. Prinsipcə, bu, təmsilçi hakimiyyəti yeniləməyə və dövrün tələblərinə uyğunlaşdırmağa çalışan bir çox ölkələrə xas olan normal bir təcrübədir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !