Ayda naməlum obyekt tapıldı - VİDEO

15:17 | 22.01.2014
Ayda naməlum obyekt tapıldı - VİDEO

Ayda naməlum obyekt tapıldı - VİDEO

Kosmosda yad planetli axtaranları həyəcanlandıracaq yeni bir video təqdim olunub. Bu dəfəki tapıntı Ayda baş verib. "WowForReeel" adlı istifadəçinin təqdim etdiyi video "Gəlmələrin Aydakı bazası?" adlanır. 

ANN.Az "Mirror"a istinadən xəbər verir ki, "WowForReeel" onun tapıntısına şübhə ilə baxanlardan videoya diqqətlə baxmağı məsləhət görüb və o, tapdığı obyektin koordinatlarını 22042'38 0,46 N və 142034'44 0,52 E "Google Moon"a təqdim edib. Bu obyekt bir neçə işıqlı nöqtədən ibarət üçbucağı xatırladır. "Mən hələ həyatımda hansısa kraterdə buna bənzər bir şey görməmişəm", - o bildirib. 

Video haqqında müxtəlif fikirlər səsləndirilib, mistika sevənlər obyektin nəyə bənzədiyi haqqında rəvayətlər uydurmağa, skeptiklər isə ironiya etməyə başlayıblar.  

Ümumiyyətlə, Ayda gəlmələrin ola biləcəyi barədə hələ o vaxt Yerin peykinə uçan ilk ekspedisiyanın üzvü Edvin Oldrin demişdi. O bildirmişdi ki, "Apollon 11"in Aya səyahəti zamanı astronavtlar onların kosmik gəmisini müşayiət edən naməlum obyekt görüblər. Ekipaj bu barədə Yerə qayıdanda məlumat vermişdi, ancaq NASA rəhbərliyi bu xəbəri geniş kütlələrə çatdırmamışdı. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM