Bu barədə onun nəvəsi Nərminə Məmmədova məlumat yayıb.
Məlumata görə, Aydın İbrahimov koronavirusdan müalicə aldığı "Yeni Klinika"da dünyasını dəyişib.
"Biz ailəliklə Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya çempionumuza göstərdikləri diqqətə görə təşəkkür edirik. Siz bizimlə oldunuz və bu xəstəliyin öhdəsindən gələ bilməsi üçün hər şeyi etdiniz”, - deyə N. Məmmədova paylaşımında yazıb.
Aydın İbrahimov 1988-1997-ci illərdə "Neftçi" Peşəkar Futbol Klubuna rəhbərlik edib. O, sərbəst güləş üzrə dünya, Avropa, SSRİ çempionu, Olimpiya oyunlarının mükafatçısı, SSRİ idman ustası və SSRİ-nin əməkdar məşqçisi olub, prezident təqaüdçüsü idi.
Allah rəhmət eləsin!
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !