BAKU.WS xəbər verir ki, 3 gün öncə vəfat edən meyxanaçı müsahibəsində meyxana sənətindən gileylənib:
"Meyxana vəfasız sənətdir. Yaxşı sənət olsa, dostuma-qardaşıma məsləhət bilərdim ki, sən də bu sənətə gəl. Bir balaca qalmaqallı, baş ağrıdan sənətdir".
A.Xırdalanlı meyxanadan danışarkən deyib ki, meyxanada ancaq sözün qüdrətini göstərmək olar: "Ən əsas da bilməlisən ki, harada və nədən deməlisən. Sözü yerində deməyi bacarmalısan. Meyxananın incəliyi bundadır. Xalq məni sənətkar kimi qəbul edib-etmədiyini deyə bilmərəm. İnsan özünü necə tərifləyə bilər?"
Sözügedən müsahibəni təqdim edirik:
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !