Martın 23-ü 42 yaşında qaraciyər serrozundan dünyasını dəyişən mərhum meyxanaçı Aydın Xırdalanlı (Quliyev) ilə bağlı həmkarı Mehman Əhmədli "Hər şey daxil"də maraqlı bir fakta toxunub.
Milli.Az xəbər verir ki, həmkarı mərhum meyxanaçının ölümündən sonra dostuna yazdığı mesajdan danışıb.
Həmin mesajda Aydının ölümünü hiss etdiyi barədə dedikləri və vəsiyyəti yer alıb:
"İlkin dostumuz var, həmişə meyxana məclisləri edirdi. Həmişə də çalışırdı ki, Aydın o məclislərdə olsun. Aydın həyatının sonlarında İlkinə bir mesaj yazmışdı. Çox mesaj yazdığından bir-iki mesajı İlkinin gözündən yayınmışdı. Rəhmətə gedəndən sonra girib oxuyub mesajları görə ki, nə yazıb. Aydın yazıb ki, "İlkin, mən heç aprelə çıxmaram, ölürəm. Amma yüküm ağır deyil. Övladım yox, pulum yox, varım-dövlətim yox, heç nəyim yoxdur. Gedirəm, bir anam var. Ondan da müğayət ol".
Qeyd edək ki, Aydın ailəli olsa da övladı olmurdu.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !