Ayətullah Avropanı hədələdi

15:34 | 19.02.2015
Ayətullah Avropanı hədələdi

Ayətullah Avropanı hədələdi

"Qaz həm Avropa, həm də bütün dünyaya lazımdır”.

İranın ali dini lideri Ayətullah Əli Xamneyi bəyan edib ki, İslam Respublikasının nüvə proqramının inkişafını məhdudlaşdırmağa çalışan Qərbin sərtləşdirilən iqtisadi sanksiyalarına cavab olaraq, Tehran nef və qaz tədarükünü azalda bilər. 

Oxu.Az xəbər verir ki, bu barədə İranın "İrna” dövlət agentliyi məlumat verib. 

"Qaz həm Avropa, həm də bütün dünyaya lazımdır. İran lazım bilsə, sanksiya kimi alətini tətbiq edə bilər”, - deyə Xamneyi Tehranda ölkə əyalətlərinin birində çıxışında deyib.  

Xamneyi qeyd edib ki, əgər Qərbin təzyiqinə müqavimət göstərilməsə, o zaman nüvə proqramının məhdudlaşdırılması üçün yeni sanksiyalar olacaq. 

Qeyd edək ki, İran sutkada 2.7 milyon barrel neft və 600 milyon kub met qaz hasil edir. İslam Respublikası neft ehtiyatlarının həcminə görə dünyada üçüncü yerdədir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM