Ayətullah Xamneyi ABŞ-a qarşı hücuma keçdi

15:14 | 24.06.2015
Ayətullah Xamneyi ABŞ-a qarşı hücuma keçdi

Ayətullah Xamneyi ABŞ-a qarşı hücuma keçdi

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, İranın ruhani lideri ayətullah Xamneyi sərt açıqlamalarla çıxış edib. Dövlət televiziyasından canlı yayımda efirə çıxan ayətullah ABŞ-la davam edən nüvə müzakirələri məsələlərinə toxunub. O, İranın hərbi təsisatlarının monitorinqinin keçirilməsinə qətiyyən iczə verilməyəcəyini bildirib və bu mövzunun müzakirələrdə altından qırmızı xətt çəkilən məsələ olduğunu vurğulayıb. 

O, İranda nüvə araşdırılmaları məsələsinin dondurulmasının ehtimaldan xaric olduğunu ifadə edib və anlaşma imzalandığı andan ölkəsinə qoyulan sanksiyalarn aradan götürülməsinin vacibliyini xatırladıb: "Hərbi təsisatlarımızın monitorinqinin keçirilməsinə, yoxlanılmasına qətiyyən icazə verməyəcəyik".

Xatırladaq ki, İran və 6 dünya ölkəsi arasında aparılan nüvə müzakirələri 30 iyuna qədər davam edəcək.

 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM