Aygün Bəylərin erməni müğənniylə görüntüsü yayıldı - VİDEO

14:15 | 27.04.2020
Əməkdar artist Aygün Bəylərin erməni müğənni ilə duet oxuduğu video yayılıb.
 
Anews.az xəbər verir ki, ad günü tədbirlərinin birində İlona Nersesyan adlı Bakı ermənisi ilə səhnəyə çıxan Aygün onunla "Tut ağacı” mahnısını oxuyur.
 
Xatırladaq ki, "Tut ağacı” mahnısının orijinal sözləri Zakirə Allahverdiyevaya, musiqisi Aygün Səmədzadəyə aiddir.
 
Əməkdar artist Aygün Bəylərin erməni məclisində oxuyacağı ilə bağlı xəbərlər hələ ötən ilin sonlarında yayılmışdı. Bu barədə o zaman Sia.az portalında yazılan xəbərlərdə bildirilirdi ki, "Rostovadan etibarlı mənbədən əldə etdiyimiz məlumata görə əməkdar artist Aygün Bəylər dekabr ayının 17-də Qriqori adlı erməninin məclisində iştirak edəcək. Aygün dekabrın 18-də isə "Qoluboy ozera” restoranında səhnəyə çıxacaq. Onunla sözügedən tədbirlərdə xalq artisti tarzan Firuz Əliyev də iştirak edəcək.
 
Məsələni dəqiqləşdirmək üçün əməkdar artistlə əlaqə saxladıq. Aygün sualımızı eşidincə dəstəyi asaraq telefonunu söndürdü. İfaçıya dəfələrlə zəng etdikdən "Bəsdirin, cavab vermək istəmirəm”-deyərək telefonu yenidən söndürdü.
 
Sözügedən məsələdə adı hallanan tar ifaçısı Firuz müəllimə də müraciət etdik. Firuz Əliyev bunları dedi: "Bu haqda məlumatım yoxdur. Sadəcə deyiblər ki, konsert olacaq. Mənə bilet alaraq aldadıb erməni məclisinə aparırlar. Xəbərdar etdiyinizə görə təşəkkür edirəm. Bu məclisdə iştirak etməyəcəm”.
 
Qeyd edək ki, əməkdar artist Aygün Bəylərin Qriqori adlı erməninin tədbirində oxumasına Rostovada yaşayan azərbaycanlılar etiraz edir.”
 
Başqa bir xəbərdə isə belə bildirilirdi:
 
"Xəbər verdiymiz kimi Azərbaycan səhnəsini tərk edən, erməni şou-biznesinə qatılan əməkdar artist Aygün Bəylər dekabr ayının 17-də Qriqori adlı imkanlı erməninin evində düzənlədiyi məclisdə iştirak edəcək. Aygün dekabrın 18-də isə "Qoluboy ozera” restoranında səhnəyə çıxacaq.
 
Məsələni dəqiqləşdirmək üçün dəfələrlə Aygünlə əlaqə saxlamaq istəsək də cəhdlərimiz boşa çıxmışdı. İfaçı dəstəyi qaldıraraq "Bəsdirin, cavab vermək istəmirəm” – deyərək telefonunu söndürmüşdü.
 
Lakin xəbər yayıldıqdan sonra əməkdar artistin özü əməkdaşımızla əlaqə quraraq bunları dedi:
 
"Sözügedən konsertin erməni məclisinin olduğunu bilmirdim. Sadəcə olaraq mənə söylədilər ki, çıxış etməliyəm. Geniş araşdırmamdan sonra bəlli oldu ki, imkanlı erməni evində tədbir təşkil edib. Məni həmin məclisə dəvət edən təşkilatçıyla əlaqə saxlayaraq bildirdim ki, əgər o tədbirdə erməni varsa, mən gəlməyəcəm”.
 
Qeyd edək ki, Aygün Bəylər Qriqori adlı imkanlı erməninin evində düzənlədiyi məclisdə iştirak etməkdən imtina etdiyini söyləsə də, Rostovdan əldə etdiymiz məlumata görə, sənətçi artıq həmin tədbirin qonorarını alıb.Yenilik.az

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM