AYİB 3 Azərbaycan bankına kredit verməyi planlaşdırır

22:56 | 07.02.2023
AYİB 3 Azərbaycan bankına kredit verməyi planlaşdırır

AYİB 3 Azərbaycan bankına kredit verməyi planlaşdırır

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın maliyyə sektorunda əməliyyatlarını genişləndirməyi planlaşdırır və 2023-cü ildə üç banka kredit vermək  niyyətindədir.  Bu barədə AYİB Bakı nümayəndəliyinin rəhbəri Kamola Mahmudova bildirib. 

"Altı illik fasilədən sonra AYİB  Azərbaycanın maliyyə sektorunun maliyyələşdirilmək qərarına gəlib.  İndi biz üç bank kredit verməyi düşünürük. Onlar müxtəlif alətlərimiz çərçivəsində vəsait alacaqlar”, -  Mahmudova bildirib.

Onun sözlərinə görə, bu banklar artıq müəyyən edilib. Amma adları açıqlanmır. 

Mahmudova əlavə edib ki, AYİB-in alətlərinə kiçik biznesə, biznesdə qadınlara dəstək və ticarətin maliyyələşdirilməsi daxildir.
 
O həmçinin bildirib ki,  AYİB 2023-2025-ci illərdə Azərbaycanda layihələrə 750 milyon dollar ayırmağı planlaşdırır.

"Üç il ərzində  AYİB-in Azərbaycana investisiyalarının gözlənilən paketi 750 milyon dollar təşkil edir. Bu məbləğin təxminən 300 milyon dollarını bu il imzalamağı planlaşdırırıq", - Mahmudova bildirib.

Onun sözlərinə görə, layihələr enerji, nəqliyyat, maliyyə, kiçik və orta biznesin inkişafı sahələrini əhatə edəcək.

Mahmudova əlavə edib ki, 2022-ci ildə AYİB 9 layihə  üçün Azərbaycana 86 milyon avro  ayrılmasını təsdiqləyib, bunun 71%-i yaşıl enerjinin payına düşüb.

Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. Əməkdaşlıq dövründə bank 185 layihənin həyata keçirilməsi üçün Azərbaycana 3,8 milyard avroya yaxın kreditin ayrılmasını təsdiqləyib. Hazırda bankın Azərbaycanda 33 layihədən ibarət portfeli 800 milyon avronu ötür.

 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM