AYİB Azərbaycana kredit ayırıb

14:30 | 03.09.2024
AYİB  Azərbaycana kredit ayırıb

AYİB Azərbaycana kredit ayırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Gəncənin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün Azərbaycana 365 milyon avro məbləğində kredit ayıracaq. Bu barədə AYİB yaydığı məlumatda bildirilib.


Layihə başa çatdıqdan sonra bütün Gəncə şəhərinin fasiləsiz su təchizatı və tullantı sularının təmizlənməsi ilə əhatə olunacağı, yağış sularının idarə olunması sisteminin tətbiqinə başlanılacağı gözlənilir. 


Layihə həm də tullantı sularının Gəncə çayına axıdılmadan əvvəl təmizlənməsini təmin etməklə regiona əhəmiyyətli dərəcədə müsbət ekoloji təsir göstərəcək.


N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM