Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2023-cü ildə Azərbaycanda layihələrin həyata keçirilməsi üçün ümumilikdə 156 milyon avro məbləğində kredit ayırıb.
"2023-cü ildə AYİB Azərbaycanda 2 layihənin həyata keçirilməsi üçün 156 milyon avro məbləğində kredit ayırıb”, - bankdan "İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
2022-ci ildə AYİB Azərbaycanda 9 layihəni maliyyələşdirib və bu məqsədlər üçün 86 milyon avro kredit ayırıb.
2023-cü ildə Azərbaycanda layihələrə bank tərəfindən maliyyələşdirmənin həcmi 81,4% artıb.
2019-2023-cü illərdə AYİB Azərbaycanın dövlət və özəl sektorunda 30 layihənin kreditləşdirilməsi üçün ümumilikdə 310 milyon avro ayırıb.
Daha əvvəl bildirilmişdi ki, AYİB 2023-2025-ci illərdə Azərbaycanda layihələrin həyata keçirilməsinə 750 milyon dollar ayırmağı planlaşdırır.
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. AYİB indiyədək Azərbaycanda 189 layihənin maliyyələşdirilməsinə 3,62 milyard avro ayırıb. Bankın Azərbaycanda 2024-cü ilin əvvəlinə 31 layihə üzrə cari portfeli 897 milyon avro təşkil edir: 90%-i infrastruktur, 7%-i sənaye və kənd təsərrüfatı, 3%-i maliyyə sektorundadır.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !