• $
  • €
  • ₽
  • ₺
  • £

AYİB Qazaxıstana 1,25 milyard avro sərmayə qoymağı planlaşdırır

AYİB  Qazaxıstana 1,25 milyard avro sərmayə qoymağı planlaşdırır
01.11.2024 16:12

Rusiya ətrafından keçən Çin-Avropa yük daşımaları marşrutunun gücünü artırmaq məqsədilə Qazaxıstandakı iki layihəyə 1,25 milyard avro (1,36 milyard dollar) sərmayə qoymağı planlaşdırır. Bu barədə  Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) cümə günü bildirib.


Trans-Xəzər və ya Orta Dəhliz kimi tanınan bu marşrut Rusiyadan keçən şimal marşrutundan daha qısadır və Ukraynanın işğalı səbəbindən Moskvaya qarşı tətbiq olunan Qərb sanksiyaları fonunda Şərq-Qərb ticarəti üçün getdikcə daha əhəmiyyətli hala gəlir.


Yük daşımaları üçün bu quru və dəniz nəqliyyat dəhlizi Qazaxıstan, Azərbaycan və Gürcüstan kimi ərazisindən keçən ölkələr üçün iqtisadi fayda təmin edəcək.


"Trans-Xəzər layihəsi, yəni Rusiya ticarət modelinə alternativ olaraq əlaqələndirilmənin inkişafı çox önəmlidir”, – EBRD prezidenti Odile Renaud-Basso Reuters-ə bildirib.


O, EBRD-nin potensial 750 milyon avroluq sərmayə üçün Qazaxıstan dövlət dəmir yolu şirkəti ilə anlaşma memorandumunu imzaladığını söyləyib. Digər layihə isə Qazaxıstanın Qərbi Aktobe bölgəsində Aktobe-Ulgaisyn yolunun bərpasına 500 milyon avro dəyərindədir, o, müsahibədə deyib.


Renaud-Basso bildirib ki, EBRD həmçinin Qazaxıstan və Mərkəzi Asiya regionunda yaşıl enerji layihələrinə sərmayə qoyur və nümunə olaraq Özbəkistanda bərpa olunan enerji istehsalçıları üçün batareya enerjisi saxlama layihəsini qeyd edib.


EBRD daha çox bərpa olunan enerji istehsalçılarının şəbəkəyə qoşulmasını təmin etmək üçün Qazaxıstanın dövlət elektrik şəbəkə operatoru KEGOC ilə 270 milyon avroluq razılaşma planlaşdırır.


O bildirib ki, bu il Qazaxıstanın əsas aviaşirkəti olan Air Astana-nın ilkin kütləvi təklifi zamanı 5% pay alan bank daha çox özəlləşdirmə sövdələşmələrində iştirak etmək niyyətindədir.


EBRD-nin gözləntisinə görə, bu ilki 4%-lik artım ilə müqayisədə, nəhəng Tengiz neft yatağının genişləndirilməsi səbəbilə Qazaxıstan iqtisadiyyatı gələn il 5,5% artacaq.

 

N.Təbrizli


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“INMerge 2026” innovasiya sammitinə 94 ölkədən 1300-dən çox startap müraciəti daxil olub
İqtisadiyyat 16:57
“INMerge 2026” innovasiya sammitinə 94 ölkədən 1300-dən çox startap müraciəti daxil olub
“PAŞA Holding”in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
İqtisadiyyat 16:24
“PAŞA Holding”in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
TAP kəməri ilə Avropaya nəql olunan qazın həcmi açıqlanıb
İqtisadiyyat 16:00
TAP kəməri ilə Avropaya nəql olunan qazın həcmi açıqlanıb
ABB ölkəmizdə insan kapitalını araşdırdı
İqtisadiyyat 12:52
ABB ölkəmizdə insan kapitalını araşdırdı
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
İqtisadiyyat 12:49
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
Kazımov maliyyə sektorunun yeni inkişaf strategiyasını açıqlayıb
İqtisadiyyat 12:35
Kazımov maliyyə sektorunun yeni inkişaf strategiyasını açıqlayıb
Taleh Kazımov: Bank sektorunda kredit portfeli 10 ayda 14 faiz artıb
İqtisadiyyat 12:31
Taleh Kazımov: Bank sektorunda kredit portfeli 10 ayda 14 faiz artıb
Mərkəzi Bank 2027-ci ildə qeyri-neft ÜDM-in 4,3 faiz artacağını proqnozlaşdırır
İqtisadiyyat 12:28
Mərkəzi Bank 2027-ci ildə qeyri-neft ÜDM-in 4,3 faiz artacağını proqnozlaşdırır
Nazir: vergi islahatları ilə bağlı gözləntilərimiz özünü doğruldub
İqtisadiyyat 12:21
Nazir: vergi islahatları ilə bağlı gözləntilərimiz özünü doğruldub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol