Hazırda Bakı Şəhər İcra Hakimiyyətinin binasında icra başçısı Hacıbala Abutalıbov Binəqədi rayonunda yanan binanın sakinlərini qəbul edir.
ANN.Az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, iclasda sənədləri düzələn vətəndaşlara kompensasiyanın veriləcəyi gözlənilir.
Yanan binada həyatını itirən 2 yaşlı Ayxanın nənəsi hadisə baş verən binaya qayıtmaq istəmədiklərini bildirib:
"Biz o evdə necə yaşaya bilərik? Mən dünən evə girib divarları öpmüşəm. Hər yerdə Ayxanı görürəm, hiss edirəm. Biz bundan sonra o evlərdə necə yaşayaq?!”
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !