Azad edilən ərazilərdə mina təmizləmə işlərinə xərclənən vəsait açıqlanıb

11:15 | 24.05.2023
Azad edilən ərazilərdə mina təmizləmə işlərinə xərclənən vəsait açıqlanıb

Azad edilən ərazilərdə mina təmizləmə işlərinə xərclənən vəsait açıqlanıb

2022-ci ildə işğaldan azad olunmuş ərazilərin bərpasına 4.3 mlrd. manat vəsait ayrılıb. Bu barədə"Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində öz əksini tapıb
 
Bildirilir ki, həmin vəsaitin 3,6 mlrd. yolların çəkilməsinə, 100 mln. manatı isə minadan təmizləmə işlərinə sərf edilib.
 
2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 299 nəfər mina qurbanlarından 55-i həlak olub, 244-ü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
 
2023-cü ilin dörd ayında işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) tərəfindən 3 878 ədəd mina və partlamamış hərbi sursat aşkarlanıb.
 
Bu ilin martın 17-də baş nazir Əli Əsədov Milli Məclisdə hökumətin hesabatında çıxışında bildirilib ki, hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.

Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM