Gələn il azad edilmiş ərazilərdə meşə fondu sahələrinin inventarlaşdırılması işləri yekunlaşacaq

12:48 | 19.07.2024
Gələn il azad edilmiş ərazilərdə meşə fondu sahələrinin inventarlaşdırılması işləri yekunlaşacaq

Gələn il azad edilmiş ərazilərdə meşə fondu sahələrinin inventarlaşdırılması işləri yekunlaşacaq

İşğaldan azad edilmiş ərazilərdə meşə fondu sahələrinin inventarlaşdırılması və qiymətləndirilməsi məqsədilə uzaqdan zondlama üsulu ilə 5 rayonda - Zəngilan, Füzuli, Cəbrayıl, Qubadlı və Kəlbəcər ərazisində görülən işlərin 50 faizə qədəri yekunlaşıb və 2025-ci ilin sonunadak tam yekunlaşdırmağı planlaşdırılır. Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov  bildirib

O qeyd edib ki, işğal dövründə ən çox ziyan görmüş yerlər meşə örtüyü və biomüxtəliflikdir.

Nazir müavininin sözlərinə görə, 60 min hektar ərazinin 50 min hektardan çox meşə örtüyü məhv edilib: "Əlbəttə, bu, son rəqəm deyil. Daha böyük rəqəmlər də var. Mina təhlükəsi səbəbindən tam rəqəm deyə bilmirik. Qiymətli meşə cinslərimiz daşınıb. Bu gün işğaldan azad edilən ərazilərdə aparılan işlər sayəsində bəbirlər, cüyürlər, nadir heyvanlar bu ərazilərə qayıdır",- Kərimov ekoloji məsələlər üzrə işçi qrupun Ağdamda keçirilən növbəti iclasında deyib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti