• $ 1.7
  • € 1.9286
  • ₽ 0.022033
  • ₺ 0.0433
  • £ 2.2896

Azad edilmiş ərazilərdə şəhərlərarası marşrut xətləri müsabiqəyə çıxarılıb

Azad edilmiş ərazilərdə şəhərlərarası marşrut xətləri müsabiqəyə çıxarılıb
08.08.2024 18:17
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Laçın, Bakı-Xankəndi-Laçın, Bakı-Cəbrayıl, Bakı-Zəngilan, Bakı-Qubadlı, Sumqayıt-Qubadlı, Mingəçevir-Laçın, Horadiz-Laçın, Xocalı-Şuşa, Xankəndi-Şuşa, Xankəndi-Malıbəyli, Xankəndi-Laçın, Xocalı-Laçın, Naftalan-Suqovuşan şəhərlərarası və Bərdə 4 nömrəli şəhərdaxili avtobus marşrutlarını müsabiqəyə çıxarır.Bu barədə AYNA-dan məlumat verilib.
 
Məlumata görə, müsabiqə "Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Sənədlər 6 sentyabr 2024-cü il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: [email protected] ) qəbul ediləcək.

Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır. İddiaçıların təklifləri komissiya tərəfindən Bakı-Laçın (Zəfər yolu), Bakı-Xankəndi-Laçın, Bakı-Laçın (Laçın-Həkəri-Zəngilan yolu), Bakı-Cəbrayıl, Bakı-Zəngilan (Ağalı kəndi) istiqamətlərində 5 Lot üzrə sentyabrın 24-də;

Bakı-Qubadlı, Sumqayıt-Qubadlı, Mingəçevir-Laçın və Horadiz-Laçın istiqamətlərində 4 Lot üzrə sentyabrın 27-də;

Xocalı-Şuşa, Xankəndi-Şuşa, Xankəndi-Malıbəyli və Xankəndi-Laçın istiqamətlərində 4 Lot üzrə oktyabrın 1-də;

Bərdə 4 nömrəli şəhərdaxili avtobus marşrutu, eləcə də Xocalı-Laçın və Naftalan-Suqovuşan istiqamətlərində 3 Lot üzrə oktyabrın 4-də baxılacaq.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Air Astana” Bakı–Atırau–Bakı marşrutu üzrə ilk müntəzəm reysini həyata keçirib
Cəmiyyət 17:24
“Air Astana” Bakı–Atırau–Bakı marşrutu üzrə ilk müntəzəm reysini həyata keçirib
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 15:19
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Leyla Əliyevadan uşaqlarla bağlı paylaşım - Video
Cəmiyyət 14:15
Leyla Əliyevadan uşaqlarla bağlı paylaşım - Video
Sabahın hava proqnozu
Cəmiyyət 12:35
Sabahın hava proqnozu
QNET-də “part-time” fəaliyyəti tam ştatlı işlə necə balanslaşdırmaq olar?
Cəmiyyət 12:23
QNET-də “part-time” fəaliyyəti tam ştatlı işlə necə balanslaşdırmaq olar?
Xaçmazda 20 yaşlı gənc dəm qazından boğularaq ölüb
Cəmiyyət 12:01
Xaçmazda 20 yaşlı gənc dəm qazından boğularaq ölüb
Ucarda qəza olub, yaralılar var
Cəmiyyət 11:30
Ucarda qəza olub, yaralılar var
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 10:00
Bu ərazilərdə qaz olmayacaq
Ucarın elektrik yarımstansiyasında yanğın olub, kəndlər işıqsız qalıb
Cəmiyyət 09:13
Ucarın elektrik yarımstansiyasında yanğın olub, kəndlər işıqsız qalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol