İşğaldan azad olunan ərazilərdə oktyabrın 23-dən 29-dək olan müddətdə 56 tank əleyhinə mina, 25 piyada əleyhinə mina, 2 427 partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) "X” hesabında yazıb.
Bildirilir ki, 616,3 hektar ərazi minadan təmizlənib.
Azərbaycanda 2020-ci il 10 noyabr tarixindən bu günə qədər 50 mülki şəxs mina partlayışı nəticəsində ölüb, 105 mülki şəxs isə yaralanıb. Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında bildirib.
O bildirib ki, bu dövr ərzində 15 hərbçi mina partlaması nəticəsində həlak olub, 164-ü isə xəsarət alıb.
O bildirib ki, bu dövr ərzində 15 hərbçi mina partlaması nəticəsində həlak olub, 164-ü isə xəsarət alıb.
Bu ilin martın 17-də baş nazir Əli Əsədov Milli Məclisdə hökumətin hesabatında çıxışında bildirib ki, hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.
Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !