Azad olunmuş ərazilərdəki yaylaqlara köçlə bağlı qeydiyyat başlayıb

19:50 | 29.03.2024
Azad olunmuş ərazilərdəki yaylaqlara köçlə bağlı qeydiyyat başlayıb

Azad olunmuş ərazilərdəki yaylaqlara köçlə bağlı qeydiyyat başlayıb

Qoyunçuluq və arıçılıq təsərrüfatlarını Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki yaylaqlara aparmaq istəyən fermerlərin qeydiyyatına başlanılıb.Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Qeydiyyat prosesi Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) alt modulu olan koc.eagro.az portalında həyata keçirilir.

Məlumata görə, təsərrüfatlarını azad olunmuş ərazilərdəki yaylaqlara aparmaq istəyən, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarından, yaxud İmişli, Beyləqan, Ağdaş, Yevlax, Mingəçevir, Ucar, Zərdab və Samux rayonlarından birində qeydiyyatda olan fermerlər sözügedən portala öz təsərrüfatları haqqında məlumatları daxil edərək aprelin 1-dən etibarən qeydiyyatdan keçə bilərlər.

Fermerlərə yaylaq sahəsi portal vasitəsilə seçdiyi ərazi üzrə ayrılacaq.

Fermerlər əlavə məlumat üçün Dövlət Aqrar İnkişaf Mərkəzlərinə müraciət edə bilərlər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM