• $ 1.7
  • € 1.9792
  • ₽ 0.021079
  • ₺ 0.0402
  • £ 2.2346

Azad olunmuş ərazilərdən təmizlənən minaların sayı AÇIQLANIB

Azad olunmuş ərazilərdən təmizlənən minaların sayı AÇIQLANIB
17.11.2022 10:46
10 noyabr 2020-ci ildən bu günədək Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 59 055 hektar ərazi təmizlənib, 76 810 mina və partlamamış hərbi sursat zərərsizləşdirilib.
 
Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov "Mina Təhlükəsi ilə Mübarizə: çağırışlar və imkanlar” adlı beynəlxalq tədbirdə çıxışı zamanı deyib.
 
O bildirib ki, bunlardan 13 211-i tank əleyhinə mina, 26 899-u piyada əleyhinə mina, 36 700-i isə partlamamış hərbi sursatlar olub: "Təəssüflər olsun ki, İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində 268 nəfər mina partlayışından zərər çəkib, onlardan 44 nəfəri həyatını itirib".
 
Vüqar Süleymanov əlavə edib ki, Azərbaycanın 2030-cu ilədək Milli Prioritetləri sırasında azad edilmiş ərazilərin bərpası və bu ərazilərə təhlükəsiz həyatın qaytarılması əsas strateji hədəflərdən biri kimi müəyyən edilib. Bu baxımdan beynəlxalq minatəmizləmə qurumlarının potensial imkanlarının öyrənilməsi, təcrübə və nəticələrin dəyərləndirilməsi, habelə, minatəmizləmə əməliyyatları zamanı yaranan çətinliklərin aradan qaldırılmasında yeni yanaşmaların tətbiqi, keyfiyyətli və səmərəli nəticələrin əldə olunması və mümkün əməkdaşlıq imkanları ANAMA-nın əsas diqqət etdiyi sahələrdəndir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bərdədə quyuya düşən 3 yaşlı uşaq ölüb
Cəmiyyət 19:37
Bərdədə quyuya düşən 3 yaşlı uşaq ölüb
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Cəmiyyət 18:40
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Dumanla bağlı yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:47
Dumanla bağlı yollarda görünüş məsafəsi məhdudlaşacaq
Lənkəranda yol nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var
Cəmiyyət 17:10
Lənkəranda yol nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var
Bərdə sakini Ağdərədə minaya düşüb - Yenilənib
Cəmiyyət 16:59
Bərdə sakini Ağdərədə minaya düşüb - Yenilənib
Tovuzda bir ailənin 4 üzvü qidadan zəhərlənib
Cəmiyyət 16:56
Tovuzda bir ailənin 4 üzvü qidadan zəhərlənib
Lənkəranda yanmış iki meyit aşkarlanıb
Cəmiyyət 16:21
Lənkəranda yanmış iki meyit aşkarlanıb
Xaricdə iş vədi ilə dələduzluq edən şəxs saxlanılıb
Cəmiyyət 16:00
Xaricdə iş vədi ilə dələduzluq edən şəxs saxlanılıb
Tovuzda parkdan kişi meyiti tapılıb
Cəmiyyət 15:30
Tovuzda parkdan kişi meyiti tapılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol