Azad olunmuş ərazilərə 3 mindən çox adam köçürülüb - Rəsmi

16:05 | 30.10.2023
Azad olunmuş ərazilərə 3 mindən çox adam köçürülüb - Rəsmi

Azad olunmuş ərazilərə 3 mindən çox adam köçürülüb - Rəsmi

İşğaldan azad olunan ərazilərə bu günə qədər 3188 nəfər göndərilib. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclasında bildirilib. 

İclasda bir sıra qərarlar qəbul olunaraq tapşırıqlar verilib. 
 
Bundan əvvəl Prezident Qarabağdakı sakinlərlə görüşündə bildirib ki, Böyük Qayıdış proqramının icrasının birinci mərhələsi başa çatana qədər Füzulidə 22 min, Qarabağ və Şərqi Zəngəzurda isə ümumilikdə 140 min nəfər yaşayacaq. 
 
Növbəti il üçün Maliyyə Nazirliyi tərəfindən işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası üçün 3 milyard 825 milyon manat vəsait ayrılması nəzərdə tutulub. 
 
Sentyabrın 19-da Azərbaycan Qarabağda lokal əməliyaytların keçirilməsini elan edib. Bir gün sonra Rusiya sülhməramlılarının vasitəçiliyi ilə tərəflər arasında atəşkəs haqqında razılıq əldə olunub. Sentyabrın 28-də Qarabağın qondarma "rəhbəri" Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dək separatçı rejimin ləğv olunmasını elan edib. Bildirib ki, Qarabağda qalmaq istəyən vətəndaşlar Azərbaycanın təklif etdiyi reinteqrasiya ilə bağlı təqdim olunan sənədlə tanış ola bilərlər. 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM