Azad olunmuş Şuşada ilk çay... - FOTO

17:03 | 01.01.2021
Tanınmış fotojurnalisti, Azərbaycan əsilli fransız fotoqraf Reza Deqati 28 il öncə Şuşada çəkdiyi fotonu yeniləyib.

"Qafqazinfo” xəbər verir ki, 68 yaşlı hərbi müxbir həmin fotonu öz instaqram hesabında "Azad olunmuş Şuşada ilk çay” başlığı ilə paylaşaraq bu fikirləri qeyd edib:

"1992-ci ilin aprelində Şuşa erməni qüvvələri tərəfindən mühasirəyə alınanda oradan çıxdım və snayperlərin atəşi altında çox çətin dağ keçidini piyada keçməli oldum. Şəhərdən çıxmazdan əvvəl mənə kömək və bələdçilik edən döyüşçülərdən ikisi ilə sonuncu dəfə çay içmək istədim.


Onlardan biri Ramiz Qənbərov yüksək səviyyəli komandir idi. Daha sonra döyüşdə şəhid olduğunu və Milli Qəhrəman adı verildiyini öyrəndim. Şəhər 8 mayda erməni hərbçilərinin əlinə keçdi.

İstəyim həmişə şəhərə qayıtmaq və yenidən bir stəkan çay içmək idi. Nəhayət, 28 dekabrda 8 noyabrdakı şiddətli döyüşlərdən sonra azad edilmiş şəhərə qayıtdım. İlk çayımı ən yüksək təpənin başında Xankəndi şəhərinə baxan əsgərlərlə içdim.

Hər iki Qarabağ müharibəsini işıqlandırdıqdan sonra ümid edirəm ki, indi qalıcı bir sülh olacaq. Bu, mənim 2021-ci ilin ilk günündə arzumdur”.
 




www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM

Telegram kanalımıza abunə ol ! tg_kanal