Azad Rəhimov: "Ağlımıza gəlməyən proqnozlar reallaşdı"

17:15 | 29.06.2015
Azad Rəhimov:

Azad Rəhimov: "Ağlımıza gəlməyən proqnozlar reallaşdı"

Bağlanış məraisimi bir daha göstərdi ki, insanların ürəyi sevinclə doludur və dünyaya çox yaxın olmaq istəyirlər

Bu gün I Avropa Oyunlarının yekunu ilə bağlı "Bakı 2015” I Avropa Oyunları Əməliyyat Komitəsinin təşəbbüsü ilə mətbuat konfransı keçirilib. 
"Report” xəbər verir ki, ilk olaraq "Bakı 2015”in bağlanış mərasimini əks etdirən video-çarx nümayiş olunub. "Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) baş icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov deyib ki, gələcəkdə Azərbaycanı böyük və maraqlı hadisələr gözləyir: "Əsas məqsədimiz o idi ki Oyunlar geniş şəkildə işıqlandırılsın. Mətbuatda maraqlı və düzgün məlumatlar çatdırılıb. Bu gün Azərbaycanı və idmanı sevən insanlar gün ərzində bir neçə dəfə kövrəliblər. Çünki son gün idi. Gələn qonaqlar gedirlər. Hava limanından durmadan zənglər gəlir. Qonaqlar da ölkədən məmnun gedirlər. Bu da hər kəsin əməyinin nəticəsidir". 

Onun sözlərinə görə, Oyunlara təşkilati hazırlıq işləri 2 il yarım davam edib: "Azərbaycanı sözün həqiqi mənasında çox gözəl təmsil edə bildik. Bağlanış məraisimi bir daha göstərdi ki, insanların ürəyi sevinclə doludur və dünyaya çox yaxın olmaq istəyirlər. Bu idmanın, xalqın, ölkənin böyük təntənəsi idi. Komandamız misilsiz nailiyyətlər qazanaraq yüksəklərə qalxdı. Ağlımıza gəlməyən proqnozlar reallaşdı. Oyunların nəticəsinə əsasən 2-ci yerə çıxdıq. Ümumilikdə 21-i qızıl olmaqla 56 medal qazandıq. Bu gün Prezident İlham Əliyev bütün idmançıları məşqçiləri və bizimlə birgə çalışan insanları təbrik edərək onlara yüksək mükafatlar təqdim etdi".

Onun fikrincə, Bakı sakinləri medalları və səyləri yüksək qiymətləndirirlər: "Bütün idman zalları dolu idi və yer tapmaq olmurdu. İstərdim ki, Azərbaycan belə təntənəli tədbirlərə tez-tez ev sahibliyi etsin. Bu gün prezident xaricdən gələn və bizə kömək edən jurnalistləri də təltif etdi. "Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə direktoru Saymon Kleqqi də təbrik edirəm. Çünki o, Azərbaycanın "Dostluq" ordeni ilə təltif olunub. Avropa Olimpiya Komitələrinin prezidenti Partik Hikkiyə sonsuz təşəkkür edirəm".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb