• $ 1.7
  • € 1.9286
  • ₽ 0.022033
  • ₺ 0.0433
  • £ 2.2896

“Azadlıq”ı azadlığa çıxaranın kimliyi bəlli oldu

“Azadlıq”ı azadlığa çıxaranın kimliyi bəlli oldu
30.12.2013 14:51
“Azadlıq” qəzetinin baş redaktor müavini Rahim Hacıyev dekabrın 30-da açıqlama yayıb. Açıqlamada deyilir:     - Məlum olduğu kimi, “Azadlıq”ın cərimələnməsi haqqında məhkəmə qətnamələrinin yerinə yetirilməsi üçün qəzetin bank hesabına həbs qoyulmuşdu. Qəzetdən üst-üstə 65 min manat tələb olunurdu.Yaranmış ağır böhrandan çıxmaq üçün “Azadlıq” Avropa Birliyinin Demokratiyaya Dəstək Fonduna müraciət etdi. Bu fondun məqsədi demokratik institutların, o cümlədən demokratiya mövqeyində duran mətbuat orqanlarının dəstəklənməsidir. Fondun “Azadlıq” qəzeti ilə başlanmış əməkdaşlığı bəhrəsini verdi. “Azadlıq”la fond arasında bağlanmış qrant müqaviləsinə əsasən, hesabın açılması üçün zəruri olan məbləğ qəzetin hesabına köçürüldü və bunun nəticəsində hesabın açılması mümkün oldu.Təəssüflə qeyd etməliyəm ki, qəzetin vəziyyəti ağır olaraq qalır. Əvvəllər məlumat verdiyimiz kimi, metroda qəzet satışına qadağa qoyulması bizi hər ay kifayət qədər ciddi maliyyə vəsaitindən məhrum edir. “Azadlıq”a qarşı ciddi zərbə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun hesabın bağlı olduğunu əsas gətirərək qəzetin maliyyələşdirilməsini dayandırması olub. Oktyabr və noyabr aylarında fondla nəzərdə tutulmuş layihənin tamamilə icra olunmasına baxmayaraq qəzet 20 min manatlıq vəsaitdən məhrum edilib. Bizə bu vəsaitin ödənilməyəcəyi bildirilir.Bu günə olan başlıca problem redaksiyanın yeni ilə noyabrın ikinci yarısı, dekabr ayı üzrə əməkdaşlara maaşlar üzrə böyük borc məbləğində qədəm qoymasıdır. Dərin  təəssüf hissi ilə qeyd edirəm ki, bu ildə olduğu kimi gələn ildə də “Azadlıq” qəzetini mövcudluğunu davam etdirmək uğrunda ağır dövr gözləyir.(mediaforum.az)ANN.Az 
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Air Astana” Bakı–Atırau–Bakı marşrutu üzrə ilk müntəzəm reysini həyata keçirib
Cəmiyyət 17:24
“Air Astana” Bakı–Atırau–Bakı marşrutu üzrə ilk müntəzəm reysini həyata keçirib
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 15:19
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Leyla Əliyevadan uşaqlarla bağlı paylaşım - Video
Cəmiyyət 14:15
Leyla Əliyevadan uşaqlarla bağlı paylaşım - Video
Sabahın hava proqnozu
Cəmiyyət 12:35
Sabahın hava proqnozu
QNET-də “part-time” fəaliyyəti tam ştatlı işlə necə balanslaşdırmaq olar?
Cəmiyyət 12:23
QNET-də “part-time” fəaliyyəti tam ştatlı işlə necə balanslaşdırmaq olar?
Xaçmazda 20 yaşlı gənc dəm qazından boğularaq ölüb
Cəmiyyət 12:01
Xaçmazda 20 yaşlı gənc dəm qazından boğularaq ölüb
Ucarda qəza olub, yaralılar var
Cəmiyyət 11:30
Ucarda qəza olub, yaralılar var
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 10:00
Bu ərazilərdə qaz olmayacaq
Ucarın elektrik yarımstansiyasında yanğın olub, kəndlər işıqsız qalıb
Cəmiyyət 09:13
Ucarın elektrik yarımstansiyasında yanğın olub, kəndlər işıqsız qalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol