“Azadlıq” azadlığa çıxdı

15:00 | 26.12.2013
“Azadlıq” azadlığa çıxdı

“Azadlıq” azadlığa çıxdı

“Azadlıq” qəzetinin bank hesabına qoyulan həbs götürülüb.Bu barədə qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyev AzadlıqRadiosuna məlumat verib.Bildirib ki, qəzetin üstündəki 65 min manat məhkəmə cəriməsi tam ödənib: “Bank hesabımız bu günlərdə açılıb. Gələn həftənin əvvəlində bu məsələ ilə bağlı geniş açıqlama verəcəyik”.Rahim Hacıyev borcun nəyin hesabına ödənilməsi ilə bağlı açıqlama verməyib. Lakin bildirib ki, qəzetin Azərbaycan nəşriyyatına müəyyən miqdarda borcu hələ də qalır.“Qasid” yayım firmasının qəzetə olan orcu isə 60 mini keçib. Rahim Hacıyev əlavə edib ki, redaksiya Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yardımını almaq üçün quruma müraciət edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM