Noyabrın 29-da “Azadlıq” qəzetinin əməkdaşları “Qasid” mətbuat yayımı firmasının ofisi qarşısında etiraz aksiyası keçirib.
Piketçilər firmanın qəzetə olan 56 min manat borcunun verilməsini tələb ediblər.
“Media forum” saytına açıqlamasında “Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev bildirib ki, firmanın rəhbəri Azərbaycanda olmadığı üçün direktor müavini ilə görüşüblər: “Təəssüflər olsun ki, yenə də konkret heç bir vəd verilmədi. Bütün görüşlərdə deyilən sözlər təkrarlandı. Sədr müavini vəziyyətdən çıxmaq üçün çıxış yolları axtardığını dedi”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !