ABŞ-ın New York şəhərində inşa olunan Azadlıq Qülləsində şüşə təmizləyən işçilər çətin vəziyyətə düşüblər. Onların liftlərini daşıyan kəndirlərdən birinin boşalmasıyla təxminən 350 metr yüksəklikdə ölümlə burun-buruna gəliblər.ANN.Az xəbər verir ki, yerli vaxtla saat 12:45-də yaşanan hadisədə binanın cənub hissəsinin təmizliyini bitirən işçilər yuxarı çıxarkən 69-cu mərtəbədə olarkən lifti daşıyan kəndirlərdən biri boşalıb.Liftləri 45 dərəcə aşağı yatan işçilərin xilasetmə işləri təxminən 2 saat davam edib. Qeyd edək ki, 3 noyabrda açılan 541,3 metrlik 105 mərtəbəli bina 11 sentyabr 2001-ci ildə terrorçuların hücumu zamanı yerlə-bir olan Dünya Ticarət Mərkəzinin yerində 3,9 milyard dollar xərclənərək inşa edilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !