AZAL 2030-cu ilə qədər köhnə təyyarələrin tədricən istismardan çıxarılmasını, yeni geniş və dar gövdəli 30 hava gəmisindən ibarət donanmanın formalaşdırılmasını planlaşdırır.
Bu barədə "Azərbaycan Hava Yolları” QSC-nin prezidenti vəzifəsini müvəqqəti icra edən Samir Rzayev deputatlarla görüşdə bildirib.
"Azərbaycan Hava Yolları” QSC-nin prezidenti qeyd edib ki, strategiyalarının digər mühüm istiqaməti 2 növ təyyarədən ibarət vahid aviaparkın yaradılmasıdır. Qeyd edilib ki, belə aviapark ilk növbədə,kadr hazırlığı və texniki xidmət xərclərini azaltmağa kömək edəcək, həmçinin əməliyyat səmərəliliyini və xidmət keyfiyyətini artırmağa imkan verəcəkdir.
Tərəflər həmçinin, marşrut şəbəkəsinin genişləndirilməsi, hava gəmiləri parkının modernləşdirilməsi və aviaşirkətin qiymət siyasəti ilə bağlı məsələləri müzakirə ediblər. Daha çox sərnişin cəlb edəcək və onları sərfəli sərnişindaşıma ilə təmin edəcək çevik və rəqabətədavamlı qiymət strategiyasının hazırlanmasının zəruriliyi vurğulanıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !