Azərbaycan Prezidenti İlham Əliyev Eldar Hacıyevin "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) vitse-prezidenti təyin edilməsi haqqında sərəncam imzalayıb.
"Report” xəbər verir ki, sərəncamla Eldar Əli oğlu Hacıyev "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti təyin edilib.
Qeyd edək ki, bu təyinata qədər E.Hacıyev AZAL-ın sərnişindaşıma şirkətinin direktoru vəzifəsində çalışıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !