AZAL aviabiletlərin qiymətlərini aşağı salmaq imkanlarını araşdırır

17:08 | 23.12.2015
AZAL aviabiletlərin qiymətlərini aşağı salmaq imkanlarını araşdırır

AZAL aviabiletlərin qiymətlərini aşağı salmaq imkanlarını araşdırır

Azərbaycan Mərkəzi Bankının manatın üzən məzənnəyə keçidi barədə qərarı ilə əlaqədar olaraq dekabrın 23-də "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) İdarə Heyətinin növbədənkənar iclası keçirilib.
 
AZAL-ın mətbuat xidmətindən "APA-Economics”ə verilən məlumata görə, QSC-nin prezidenti Cahangir Əsgərov iclasda Azərbaycan hava limanlarından olan uçuşlara aviabilet qiymətinin aşağı salınması imkanlarını nəzərdən keçirməyi tapşırıb.
 
30 gün ərzində Moskva, Sankt-Peterburq, Kazan, Mineralnıye Vodı, İstanbul, Ankara, Antalya, Təl-Əviv, Tehran, Dubay, Aktau, Kiyev, Lvov, Minsk, Tbilisi və s. kimi şəhərlərə aviabilet qiymətlərinin optimallaşdırılması imkanlarını nəzərdən keçirmək və İdarə Heyətinin növbədənkənar iclasında məruzə etmək qərara alınıb.
 
Qəbul olunmuş qərarlar barədə ictimaiyyətə geniş məlumat veriləcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM