"Azərbaycan Hava Yolları” (AZAL) QSC Bakı-Pekin-Bakı reyslərinin sayını artırmağı planlaşdırır. Bu barədə AZAL məlumat verib.
Aviaşirkətin prezidenti Samir Rzayev ilə Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao arasında görüş keçirilib. Görüşdə iki ölkə arasında aviadaşımaların inkişafı müzakirə edilib, həmçinin iki ölkə arasında sərnişin axınının artmasının müsbət dinamikası vurğulanıb.
Bundan əlavə, tərəflər AZAL-ın Çinə uçuş coğrafiyasının daha da genişləndirilməsi perspektivlərini, Quançjou və Şanxay kimi böyük şəhərlərə aviareyslərin açılması imkanlarını müzakirə ediblər. Bu, həm ölkələr arasında əməkdaşlığı gücləndirəcək, həm də sərnişinlər üçün əlavə imkanlar açacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !