AZAL biletlərin bahalaşmasını təsdiqlədi – Rəsmi

15:37 | 24.02.2015
AZAL biletlərin bahalaşmasını təsdiqlədi – Rəsmi

AZAL biletlərin bahalaşmasını təsdiqlədi – Rəsmi

AZAL manatın məzənnəsinin devalvasiya olunması ilə əlaqədar təyyarə biletlərində qiymət artımını təsdiqləyib.

Bu barədə Axar.az-a açıqlama verən AZAL QSC-nin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli bildirib ki, qiymət artımı ancaq beynəlxalq uçuşlara aid biletlərə edilib.

M.Səfərlinin sözlərinə görə, ölkədaxili uçuşlarda heç bir qiymət artımı edilməyib:

"Qiymət artımı ölkədaxili hava xətlərinə aid deyil. Biletləri avronun kursu ilə satırıq. Bu da Beynəlxalq Nəqliyyat Assosiasiyasının tələbidir. Demək olar ki, beynəlxalq uçuşlarımızın hamısında qiymət artımı var. Ancaq Azərbaycan Hava Yolları biletlərin qiymətini artırmayıb”.

Qeyd edək ki, manatın məzənnəsinin dəyişməsindən sonra aviabiletlərin də qiyməti qalxıb.

Fevralın 22-də Bakı-İstanbul reysinin qiyməti əvvəl 260,98 manat olduğu halda indi 342,87 manat olub. Bakı-Moskva-Bakı reysinin qiyməti isə 351,25 manatdan 468,15 manata yüksəlib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM