AZAL-da heç bir yoxlama aparılmır - NAZİRLİK

10:18 | 18.11.2022
AZAL-da heç bir yoxlama aparılmır - NAZİRLİK

AZAL-da heç bir yoxlama aparılmır - NAZİRLİK

"Azərbaycan Hava Yolları”nda heç bir yoxlama aparılmır. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinidən Qafqazinfonun sorğusuna cavab olaraq bildirilib.
 
"İddialar həqiqəti əks etdirmir: "Azərbaycan Hava Yolları” QSC-də (AZAL) yoxlamaların aparılması ilə bağlı mediada yayılan məlumatlarla əlaqədar bildiririk ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən AZAL-da hansısa yoxlama aparılmır. Bununla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir” - nazirliyin açıqlamasında deyilib.
 
Bundan əvvəl Gununsəsi.info saytı AZAL-da yoxlamaların aparılması ilə bağlı xəbər yayıb. Saytda həmin qurumda xüsusi yoxlamaların aparılması qeyd olunub.
 
Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev AZAL-ın Müşahidə Şurasının rəhbəridir.

Milli Məclisin ötəngünkü iclasında AZAL-ın fəaliyyəti bir neçə deputat tərəfindən sərt tənqid edilmişdi. Millət vəkili Zahid Oruc bildirmişdi ki, şirkətin borcu dövlətin iqtisadi təhlükəsizliyini təhdid edir: "Bank kreditləri və digər borclanmalar 2022-ci il yanvarın 1-nə 2,1 milyard təşkil edir və nəinki likvidliyə, eləcə də dövlət büdcəsinə əsaslı təhdiddir” - deputat vurğulayıb.

"Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərovdur. 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb