"Azərbaycan Hava Yolları” (AZAL) 20%-lik güzəşt aksiyasına başlayıb.
Oxu.Az xəbər verir ki, aprelin 16-dan iyulun 1-dək Barselona, Lvov, Berlin, Paris, Roma, Milan, Praqa, Bişkek, Minsk, Tel-Əviv və Dubay istiqamətindəki uçuşlarında ("ora və geriyə”) alınan biletlərə 20%-lik endirim tətbiq olunur.
Şirkətdən həmçinin onu da bildiriblər ki, aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir, yerlər məhdud ola bilər.
Qalma müddəti 1 ay təşkil edə bilər. Qiymətə yığımlar və rüsumlar da daxildir.
Şirkətdən onu da qeyd ediblər ki, aksiya çərçivəsində mile-ballar hesaba əlavə olunmur.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !