AZAL-dan Report.az-a verilən məlumata görə, aksiya çərçivəsində Bakı-Kiyev-Bakı reysinə biletin qiyməti 309 avro, Kiyev-Bakı-Kiyev reysinin qiyməti 409 dollar, bu marşrutla birtərəfli reyslərə biletlər isə müvafiq olaraq 219 avro və 289 dollara qədər ucuzlaşdırılıb.
Bu gün başlayan endirimli bilet satışı fevralın 10-dək davam edəcək, uçuşlar isə yanvarın 25-dən martın 15-dək həyata keçiriləcək.
Qeyd edək ki, bu aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir. Bu siniflər üzrə mile-ballar hesaba əlavə olunmayacaq. Yerlər məhdud olduğuna görə, uçuşdan 10 gün öncə rəsmiləşdirməni aparmaq lazımdır. Maksimal qalma müddəti isə bir ay olaraq müəyyənləşdirilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !