AZAL-dan maaşların verilməməsi xəbərinə sərt reaksiya

11:44 | 25.11.2014
AZAL-dan maaşların verilməməsi xəbərinə sərt reaksiya

AZAL-dan maaşların verilməməsi xəbərinə sərt reaksiya

“Maaşla bağlı yazılanlar tamamilə yalnış məlumatdır. Onu yazan jurnalist niyə xəbəri dəqiqləşdirmir? Dəqiqləşdirmədən yazırsa, deməli məqsədlidir və o, çirkab atır”.

Bunu Modern.az-a açıqlamasında “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli "AZAL işçilərinin maaşlarını vermir" iddialarını cavablandırarkən deyib: “Soruşmadan, öyrənmədən deyirlər ki, işçilərin maaşı dövriyyəyə buraxılır, banklardan qazanc əldə edilir. Tamamilə yalan məlumatdır, böhtandır. “Azərbaycan Hava Yolları”nın çoxsaylı işçisi var. Əmək haqları hissə-hissə verilir. Məsələn, uçuş heyəti maaşlarını alıb, Milli Aviasiya Akademiyasına da verilib, biz də almışıq, qalanlara da yaxın 2-3 gün ərzində maaş veriləcək. Mən adıçəkilən “Azəraeronaviqasiya” və “Mühafizə Xidməti”nin rəsilərilə də əlaqə saxladım. Belə bir problem yoxdur. Yazılanlar sırf yalandır”.Mətbuatda “Azərbaycan Hava Yolları” QSC-nin işçilərinə əmək haqqı verə bilmədiyinə dair məlumatlar yayılıb. Məvaciblərin gecikməsinə səbəb pulların “AZAL”ın rəhbəri Cahangir Əsgərovun biznes işləri üçün dövriyyəyə buraxılması əsas gətirilir. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM