AZAL "əl baqajı"nın icazə verilən ölçüsünü azalda bilər

18:15 | 15.06.2015
AZAL

AZAL "əl baqajı"nın icazə verilən ölçüsünü azalda bilər

"Azərbaycan Hava Yolları" (AZAL) QSC təyyarənin salonunda əl yükünün daşınma normasında dəyişiklik edərək ölçüsünü azalda bilər. Fins.az-ın "Report”a istinadən yaydığı məlumata görə, AZAL-ın 1997-ci  ildən üzv olduğu Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) əl baqajı yerlərinin daha sərfəli istifadəsi məqsədilə əl baqajlarına standart gətirməyi planlaşdırdıqlarını açıqlayıb.

IATA beynəlxalq hava yolu daşımasının 84%-ni əhatə edən 260 böyük aviaşirkətə təyyarə salonunda əl baqajlarının maksimum həcmini məhdudlaşdırmağı tövsiyə edib. IATA-nın baş rəhbər yardımçısı Tom Vindmüller bildirib ki, bu yenilik fərqli ölçülərdə olan çantaların yaratdığı problemləri həll edəcək.

Assosiasiyanın təklifinə bəzi böyük aviasiya şirkətlərinin müsbət cavab verdiyi açıqlanıb. Tənzimləmənin həyata keçirilməsi ilə sərnişinin özü ilə təyyarə salonuna aldığı əl baqajı maksimum 110 sm (55 sm x 35 sm x 20 sm) həcmində olacaq. Hazırda isə AZAL-ın bu norması 115 sm-dir (55x20x40). Ümumiyyətlə, AZAL təyyarələrinin salonunda əl yükünün daşınma normasına əsasən, "biznes sinif” sərnişinlər üçün 2 yer (ümumi 15 kq), "ekonom sinif" sərnişinlər üçün 1 yer (8 kq) verilir. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM