AZAL endirim aksiyasına başladı – Qiymətlər

16:22 | 23.09.2014
AZAL endirim aksiyasına başladı – Qiymətlər

AZAL endirim aksiyasına başladı – Qiymətlər

Azərbaycan Hava Yolları bir neçə aviareys üzrə təyyarə biletlərinin qiymətini ucuzlaşdırıb.

 

AZAL-dan verilən məlumata görə, aviaşirkət xüsusi payız aksiyasına başlayıb.

 

Aksiya çərçivəsində London-Bakı-London istiqamətində 399 funt-sterlinqə, Bakı-London-Bakı istiqamətində isə 449 avroya bilet əldə etmək olar. Eyni zamanda, Təbriz və Tehrana 209, Roma, Milan, Paris, Praqa, Pekinə 449, Tel-Əvivə 379, Tiflis-Nyu York-Tiflis (Bakıdan keçərək) reysinə isə 630 avroya gediş-gəliş bileti almaq mümkündür.

 

Qeyd edək ki, aksiya oktyabrın 1-dən 15-dək alınan biletlərə şamil olunur. Uçuşlar noyabrın 1-dən dekabrın 10-dək olan dövrü əhatə edir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM