2024-cü il iyunun 17-dən "Azərbaycan Hava Yolları" QSC Bakıdan Füzuliyə müntəzəm reyslərin həyata keçirilməsinə başlayır. Bu barədə AZAL məlumat verib.
Müntəzəm reyslər çərşənbə və şənbə günləri Heydər Əliyev Beynəlxalq Aeroportunun ikinci terminalından həyata keçiriləcək.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollegiyasının qərarına əsasən, biletlərin qiyməti bir tərəf üçün 78 manat təşkil edir. Bu qiymətə 10 kq-a qədər əl baqajı və 23 kq-a qədər baqaj daxildir.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !